• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 23.11.2020 19:38

Tibbi maska taxmayanlar polisin hədəfində

KepezTV Player

Göygöl rayon polis şöbəsinin əməkdaşları koronovirus pandemiyası ilə əlaqədər olaraq qoruyucu vasitələrdən istifadə ilə bağlı yoxlamalarını davam etdirir. COVID-19–la bağlı keçirilən növbəti reydlər zamanı sakinlərin tibbi maskalardan istifadəsi, sosial məsafənin gözlənilməsinin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Karantin qaydalarının pozulması hallarına yol veriləcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar. Aparılan monitorinqlər zamanı əksər rayon sakininin qaydalara riayət etdiyi müşahidə olunub. Aşkar edilən nöqsanlarda görə məsuliyyət daşıyan şəxslər cərimələnib. Qoruyucu vasitədən istifadə etməyənlər sırasında rəhbər şəxslərin də olması təəssüf doğurub. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rayonda reydlər və maarifləndirmə tədbirləri bunan sonra da davam etdiriləcək.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Bütün bunlara baxmayaraq polis əməkdaşları tərəfindən karantin şərtlərinin pozulması faktıda aşkarlanır. Polis əməkdaşları dərhal həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görür.

 

Natiq Hüseyn