• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 24.11.2020 09:27

İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq?

KepezTV Player

Erməni işğalından azad edilən Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq. Dövlət Turizm Agentliyinin məlumatına görə, bu amillər ilk növbədə təhlükəsizlik, əhalinin oraya qayıdışı və yaşayışın bərpasıdır. Sonra yeni turizm məhsulları yaradılacaq və o, yerli, xarici turistlərə təqdim ediləcək.İlk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq. Daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.