• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 23.11.2020 20:31

UNESCO və İSESCO-ya mədəniyyət terroru barədə müraciət

KepezTV Player

Fransanın mədəniyyət xadimləri işğaldan azad edilən ərazilərə dəvət edildi

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib. Müraciətdə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulan ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub. Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilən cinayətdir. Azərbaycanda çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmalarının da abidələri, ibadət yerlərinin dövlət tərəfindən mühafizə olunduğu, təmir və bərpa edildiyi vurğulanıb.

Mədəniyyət Nazirliyi eləcə də Fransanın tanınmış mədəniyyət xadimlərinə müraciət ünvanlayaraq onları dürüst olmağa və Dağlıq Qarabağla bağlı qərəzsiz mövqe tutmağa çağırıb.Nazirlik bildirir ki, uzun illər davam edən işğal zamanı mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə barbarcasına münasibət dünya irsinə qarşı yönələn təhdiddir. Nazirlik mədəni soyqırımın şahidi olmaq məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə dəvət edib.