• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 23.11.2020 20:38

Keçmiş nazir iki maddə ilə cinayət məsuliyyətinə cəlb edilib

KepezTV Player

Azərbaycan tərəfi Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. O, Cinayət Məcəlləsinin 103-cü - soyqırım və 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə maddələri ilə təqsirləndirilir. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərar icrasının təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.