• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 23.11.2020 21:45

Müharibə bitsə də, ermənilərin dərdi bitmir

KepezTV Player

Müharibə bitsə də, Ermənistan hökuməti öz hərbçilərinə biganə qalmağa davam edir.Ermənistan mediasında əsgərlərin acıncaqlı vəziyyətdə qaldıqlarını əks etdirən görüntülər yayılıb.Görüntülərdən açıq görünür ki, erməni əsgərlər antisanitariya şəraitində, elektrik və istilik olmadan beton döşəmə üzərində yatır.

Erməni cəmiyyəti ayılmağa başlayıb, xalq artıq ölkə rəhbərliyinin nağıllarına inanmır. Bunu “Əl-Cəzirə” telekanalına müsahibə verən Ermənistan sakini, yerli biznesmen Vaan Kerobyan deyib. “Biz səhvən hesab edirdik ki, ordumuz çox güclüdür,cəmiyyətdə heç kim real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni almışıq” - deyə o bildirib.

Görünür ordu davam edən özbaşınalığın nəticəsidir ki, Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan da vəzifəsindən azad edilib. Ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın vəzifəsindən azad edilib. Buna rəğmən Ermənistanda etirazlar səngimir. Bu gün Müdafiə Nazirliyinin binasının qarşısında itkin düşənlərin yaxınları tərəfindən reallaşan mitinqdə valideynlərdən biri 11 gün xidmətdən sonra ön cəbhəyə, döyüşə göndərilən övladını axtarır. O, Müdafiə Nazirliyinin əməkdaşına "hansı haqla 11 günlük əsgəri ön cəbhəyə yollayırsınız?" sualını verib:"Bu gün valideynlərdən heç birinə cavab verə bilməyəcəkdilərsə, oğullarımızı niyə aparırdılar”- deyə valideyn bildirib. Başqa bir ana isə oğlu barəsındə məlumatları bir aydır nazirliyə göndərdiyini amma bu müddətdə ona cavab verilmədiyi söyləyib.