• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2438
— 23.11.2020 20:52

Güləş yığmamızda koronavirus şoku

KepezTV Player

Sərbəst güləş üzrə Azərbaycan milli komandasında koronavirusa kütləvi yoluxma baş verib.Bunu yığmadan götürülmüş COVID-19 testinin nəticəsi göstərib. Yoluxanlar sırasında 5 məşqçi və 1 güləşçi var. Bundan başqa yığma üzvü olmayan güləşçilərin də testi müsbət çıxıb.

Komandanın hazırlıq keçdiyi təlim-məşq bazasında məşqlər dayandırılıb.Azərbaycan Güləş Federasiyasından bildirilib ki, noyabrın 20-də növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıb.