• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 23.11.2020 16:00

Goranboyda polisə müqavimət göstərən şəxs saxlanıldı

KepezTV Player

Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxıblar. Polis əməkdaşları xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanov onlara qarşı zor tətbiq etməklə müqavimət göstərib. Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi ilə iş başlanıb. Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.