KepezTV Player
Bugünədək işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində əsasən Şərq çinarı olmaqla ümumilikdə 2000-dək müxtəlif cinsli ağac əkilib. 100 kq-dan artıq palıd və digər meşəcinsli ağac toxumları səpilib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin sözlərinə görə, növbəti ağacəkmə aksiyaları bu günlərdə Qubadlı və Cəbrayılda keçiriləcək. Azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri bütün Qarabağ bölgəsində hissə-hissə davam etdiriləcək.
- Baxış: 147