• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 23.11.2020 20:15

"Şahbulaq" qalasına Azərbaycan bayrağı sancılıb

KepezTV Player

Keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb

Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər. İşğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib. Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad edib. Dövlət Himni ifa olunub. "Qarabağ Azərbaycandır!" deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb. 

Ermənistanın işğalından azad edilən Ağdam rayonundakı Şahbulaq qalasında da Azərbaycan bayrağı ucaldılıb.Ağdam şəhərinin 10 kilometrliyində yerləşən qala adını gur sulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub.