• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1946
— 22.11.2020 20:55

Fransa ermənipərəst mövqeyini nümayiş etdirir

KepezTV Player

Fransa erməni lobbisinin təsiri altındadır

Makronun "canfəşanlığı" ölkəsinin simasını cılızlaşdırdı

Qətnamənin bu gün heç bir funksiyası yoxdur

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir, icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır. Hazırki qətnamə layihəsi də Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. İndi biz bu mövzu ətrafında millət vəkili Müşfiq Cəfərovla müzakirə aparacağıq. Xoş gördük Müşfiq müəllim. 

1. Bildiyimiz kimi Senat Fransanın xarici siyasətinin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Nəzərə alsaq ki, senatın cədvəlində də bu sənəd “qəbul oluna bilər” başlığı ilə keçir, onda bu addımın nə kimi anlamı var?

2. Fransanın ermənipərəst mövqeyini biz həm hərbi əməliyyatların davam etdiyi müddətdə gördük, həm də indi bunun bir daha şahidi oluruq. Bunu nə ilə əlaqələndirmək olar?

3. Şübhəsiz, erməni lobbisinin ciddi cəhdləri burada az rol oynamır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Yəni Fransa kimi ölkə bu qədərmi cılızdır ki, erməni lobbisinin təsiri altına düşür?

4. Burada bir məqama da toxunaq. Qətnamənin təşəbbüskarlarının demək olar ki, hamısının Makron hökumətinə qarşı olması da deyilir. Bu daxili ziddiyyətlərdən qaynaqlanan bir haldır, yoxsa elə  Makron sənədi öz rəqiblərinin əli ilə Senata çıxarmağa çalışır?

Hər bir halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir. Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Fransada belə ziyanlı təşəbbülərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar. Görünür ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticəsələrə səbəb olmasını həzm edə bilmirlər.