• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 22.11.2020 20:32

"TRT Haber" Ağdamdan reportaj hazırlayıb

KepezTV Player

Türkiyənin “TRT Haber” televiziya kanalı Ermənistan işğalından xilas edilən Ağdam rayonundakı tükürpədici vəziyyətlə bağlı geniş reportaj yayıb. Talan edilən, qapı və pəncərələrinə, divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsini canlı yayımla tamaşaçılara çatdıran aparıcı real mənzərənin bölgənin sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaratdığını vurğulayıb. Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir. "Ağdamda da eynilə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda qarşılaşdığımız acınacaqlı vəziyyətin şahidi olduq", - deyə aparıcı vurğulayıb.Diqqətə çatdırılıb ki, artıq Ağdam Cümə məscidinin işıqlandırılıb, hərbi birliklər rayonun minalardan təmizlənməsini davam etdirir.