KepezTV Player
Bundan irəli gələrək Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edib. Müraciətdə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadıldığı xatırladılaraq vətəndaşlardan tələbləri pozmamaq, o cümlədən sosial məsafəni gözləmək və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmək xahiş edilir. Avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir. Avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
- Baxış: 158