• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 21.11.2020 16:10

Qarabağda dağıdılan məscidlərlə bağlı açıqlama

KepezTV Player

“Müsəlman abidələrinin təhqir və məhv edilməsinə göz yumaraq yalnız Dağlıq Qarabağdakı xristian kilsələrinin qorunmasını zəruri hesab etdiklərini tamamilə açıq şəkildə göstərən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi”.<br>Bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov feysbuk səhifəsində yazıb.&nbsp;Muhetdinov işğal dövründə bölgədəki 67 məsciddən 63-ü dağıdıldığına, yüzlərlə tarixi və mədəni abidənin zərər gördüyünə diqqət çəkib. "Qarabağın yüzlərlə müsəlman abidəsinin başına gələn mədəni fəlakətə tamamilə məhəl qoyulmadan mülkiyyəti Alban-Udin kilsəsi tərəfindən mübahisə predmetinə çevrilən kilsələrin potensial məhv edilməsinə dair eyhamları həyasızlıq kimi qiymətləndirərdim”, - deyə yazıb. Damir Muhetdinov vurğulayıb ki, obyektiv yanaşma ilə istənilən müşahidəçi Azərbaycanın özünü bütün dini ənənələrə eyni dərəcədə hörmət edən, çoxmədəniyyətli dövlət kimi göstərdiyini qeyd etməyə məcburdur. Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini YUNESKO-nun Qarabağın tarixi irsinə diqqətini cəlb etmək faktını tamamilə düzgün hesab etdiyini söyləyib.