• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 21.11.2020 16:06

Ermənistan prezidentindən məğlubiyyət etirafı

KepezTV Player

Ermənistan prezidenti Armen Sarkisyan Ermənistanın niyə Qarabağ müharibəsində məğlub olduqlarına aydınlıq gətirib. Yerli KİV-ə müsahibəsində Azərbaycana müqavimət göstərə biləcək ordu yarada bilmədiklərini etiraf edib. Bunu hərbi texnika, müvafiq təlim, təşkilatçılığın olmamsası ilə əsaslandırıb. Sarkisyana görə, Ermənistan nəinki döyüş sahəsindəki müharibəni, eyni zamanda demoqrafik müharibəni də uduzub. Qarabağın işğal altına düşməsindən sonra orada yaşayan əhalinin say etibarı ilə artmadığına diqqət çəkib. Onun sözlərinə görə, ölkəsi diplomatik cəbhədə də məğlub olub. Sarkisyan erməni mediasını tənqid edərək, çox vaxt əsassız, emosional, məntiqsiz, feysbukun məlumatlarını kopyalama prinsipi ilə işlədiklərini bildirib.