• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 21.11.2020 11:35

Fransa Ermənistanı dəstəkləməklə işğalı dəstəkliyib

KepezTV Player

Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistana açıq şəkildə dəstək verdilər: "Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdir. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu" - deyən nazirin sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəklərini açıqlayıb. Akar bildirib ki, quru qoşunlarının Azərbaycana göndərilməsi üçün bütün işlər tamamlanıb. “Azərbaycanlı qardaşlarımızın haqlarını və mənafelərinin qorunması üçün nə lazımdırsa, etdik. Qarabağla bağlı imzalanan müqaviləyə əsasən, Rusiya ilə görüşlərimiz davam edir. Azərbaycan Silahlı Qüvvələri böyük əzm göstərərək 30 ildir, Ermənistanın işğalında olan torpaqlarını azad edib” - deyə Akar sözlərinə əlavə edib.