• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 21.11.2020 12:17

Qazanxanaların fəaliyyətinə məsafədən nəzarət olunur

KepezTV Player

Gəncə İstilik Sistemləri İdarəsinin balansında 17 qazanxanadan  12-i stasionar, 8-i  isə modul tiplidir. Ümumi olaraq bu qazanxanaların 6-ı orta məktəb, 4-ü baxça, 6-ı səhiyyə ocağı, 1-i isə Qarabağ müharibəsi əlilləri üçün tikilən binaları əhatə edir. Mövsümə hazırlıqla bağlı bütün qurğularda cari təmir işləri aparıb, qaz xətlərində olan sızmalar aradan qaldırılıb, su borularında sınaqlar edilib. Həmçinin "Azəristiliktəchizat" balansındakı qazanxanalara xüsusi sistem vasitəsilə nəzarət olunur. Sistemin üstünlüyü baş verən nasazlığı anında müəyyən etmək və qazanxanaların işinə nəzarət etmək imkanı verməsidir.

Araz Məmmədov - Gəncə İstilik Sistemləri İdarəsinin rəisi: Hazırda məktəb və baxçalardan başqa bütün qazanxanalar işləyir. Mövsümə başlamamışdan əvvəl bütün əməliyyatçılar təlimatlandırılıb kursdan keçilib. Ondan sonra işə buraxılır. Bizim qazanxanalar avtomatik rejimdə işləyən qazanxanalardır. Burada heç bir problem ola bilməz. Təzyiq düşəndə və yaxudda qaz sızması baş verəndə qazanxana avtomatik sürətdə dayanır. Qazanxanalarda təhlükəsizlik tam təmin olunub. Çalışırıq ki, qazanxanalar sutka ərzində istiliklə təmin etsin. Qazanxanalar dayanmır.