• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 21.11.2020 09:30

Koronavirusla bağlı yeni qaydalar qüvvəyə minib

KepezTV Player

Azərbaycanda koronavirusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə bu gündən etibarən xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərar qüvvəyə minib.

Sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti dekabrın 7-i saat 6-dək uzadılır. 28 dekabr saat 6-dək isə bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. İctimai nəqliyyatın fəaliyyəti dayandırılsa da taksi xidmətlərinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı heç bir bənd qeyd edilməyib. Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirib ki, xüsusi karantin rejimində yalnız fəaliyyətinə icazə verilən taksilər fəaliyyət göstərə biləcəklər. Həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlərə məhdudiyyət qoyulur. Ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilən qaydada məsuliyyət yaradır. Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi məsləhət edilib.