• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 21.11.2020 09:26

Qarabağdakı humanitar missiya müzakirə edilib

KepezTV Player

Dağlıq Qarabağdakı münaqişənin həlli Rusiyanın daxili təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Prezident Vladimir Putin bunu Dağlıq Qarabağ bölgəsindəki humanitar məsələlərin həlli ilə bağlı iclasda bəyan edib. Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığına diqqət çəkən Putin humanitar səylərin erməni və Azərbaycan xalqlarının rifahı naminə yönəldilməsinin vacibliyinə toxunub. Vladimir Putin gələcəkdə humanitar səylərin Dağlıq Qarabağ probleminin etibarlı, uzunmüddətli siyasi həllinə nail olacağına ümid etdiyini vurğulayıb. Ağdam və Laçın da daxil olmaqla azad edilən bölgələrdə vəziyyətin sabit olması üçün hər iki münaqişə tərəfi ilə əlaqə qurulmasının vacibliyini vurğulayıb.