• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 20.11.2020 20:03

Şəhər sakinləri yeni qaydalardan xəbərdardımı?

KepezTV Player

Koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısının alınması üçün Operativ Qərargah tərəfindən karantin rejiminin tələblərində bir sıra dəyişiklik edilib. Dəyişikliyə əsasən ölkə üzrə həfətənin şənbə və bazar günləri yalnız ərzaq mağazaları və apteklərin fəaliyyətinə icazə verilib. Taksi fəaliyyəti istisna olmaqla ictimai nəqliyyat da işləməyəcək. Gəncədə də tələblərin yerinə yetirilməsinə nəzarət gücləndirilib. Sakinlər yeni qaydalardan xəbərdardılarmı, ümumiyyətlə rejimin tələblərinə necə əməl olunacaq? Bu barədə qarşıdakı videomaterialda.

Noyabrın 21-dən etibarən həftə sonları ölkə üzrə ictimai nəqliyyatın işləməməsi vətəndaşları zərurət yaranmadıqda çölə çıxmamağa sövq edir. Yalnız şəxsi avtomobillərdən və taksi fəaliyyətindən istifadə mümkün olacaq. Həftə sonu ictimai iaşə və digər sahələr üzrə yerində xidmətlər də ləğv edilib. Koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısnı almaq məqsədi ilə atılan bu addımlar Gəncə sakinlər tərəfindən yüksək qiymətləndirilir.<br>

Operativ Qərargahın tələblərinə əsasən bundan sonra tibbi maskadan yalnız qapalı yerlərdə deyil açıq havada da istifadə məcburidir. Ancaq Gəncə küçələrində apardığımız müşahidələr onu göstərir ki, şəhər sakinləri sırasında tibbi maskadan istifadə edənlərlə yanaşı etməyənlər də var.<br>

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, sabahdan etibarən Gəncə polisi qaydalara nəzarəti daha da gücləndirəcək. Karantin rejiminin tələblərini pozan hüquqi və fiziki şəxslər isə birmənalı şəkildə qanuna müvafiq olaraq cəzalandırılacaq.<br>

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi dekabrın 28-dək uzadılıb.