• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 19.11.2020 19:35

"Kəpəz" mövqeyini möhkəmləndirdi

KepezTV Player

I Divizionda VI tura start verilib. Turun ilk oyun günündə "Kəpəz" Gəncədə MOİK-i qəbul edib. Havanın soyuqluğu futbolçuların mübarizə əzminə, qələbə istəyinə təsir etməyib. Xüsusən də bu planda meydan sahiblərinin fəallığı qeyd olunmalıdı. Elə görüş son nəticədə “sarı-göylər”in minimal hesablı qələbəsi ilə başa çatıb. 8-ci dəqiqədə Ümid Səmədovun fəallığı rəqibin topu öz qapısına göndərməsi ilə nəticələnib - 1:0. Turun digər matçında "Turan Tovuz" səfərdə "Qaradağ Lökbatan"ı 3:1 hesabı ilə məğlub edib. Bu nəticələrlə tovuzlular turnir cədvəlində liderliyini, gəncəlilər isə 2-ci pillədəki yerini qoruyub.