• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 19.11.2020 16:27

Ölkədə gələn ay da xüsusi karantin rejimi olacaq

KepezTV Player

Hazırda dünyada, o cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Bu səbəbdən ölkədə karantin rejiminin müddəti uzadılıb, yeni qaydaların tətbiqinə qərar verilib. Diqqət çəkən məqamlar sırasında həftə sonları kafe-restoranlar, bərbərxana və gözəllik salonlarının işləməyəcəyi ilə bağlıdır.

Bundan əlavə, noyabrın 21-dən ölkə ərazisində açıq havadakı ictimai yerlərdə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məcburidir. Qaydaların pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Hikmət Hacıyev tibb işçilərinin əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə alaraq vətəndaşları tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə, sosial məsafənin gözlənilməsi kimi vacib qaydalara daha ciddi şəkildə əməl etməyə çağırıb.

Hazırda intensiv terapiya bölmələrində müalicə alanların sayının 409-a, süni tənəffüs aparatlarına qoşulan xəstələrin sayının isə 45 nəfərə çatdığına diqqət çəkən Yaqut Qarayeva bir daha vətəndaşları çarpayı problemini nəzərə alaraq öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa səsləyib.

Ailə içində ciddi yoluxma hallarının aşkarlandığını deyən Yaqut Qarayeva xüsusilə qapalı məkanlarda kütləvi toplanmanın böyük risk olduğunu qeyd edib. Peyvəndlərin hazır olması gələn ilin aprel ayına gözlənildiyindən bu qışı karantin rejimi və əksepidemik tədbirlərə riayət edərək keçirməliyik.