İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Erməni KİV-lərin məlumatına görə, etirazçılar paytaxtın mərkəzində bəzi yolları bağlamağa çalışıblar. Əsasən müxalifətdən olan gənclər yollarla yanaşı səkilərdə də gediş-gəlişin dayandırmaqla öz narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları “Satqın Nikol” kimi şüarlar səsləndiriblər. Aksiya zamanı naməlum şəxs avtomobili yolu bağlayan etirazçıların üzərinə sürüb. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub və etirazçıların dağıdılmasına nail olunub. Paşinyan tərəfindən imzalanan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata etirazlarını bildirənlərdən 24 nəfər polis tərəfindən saxlanılıb.
- Baxış: 135