• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 19.11.2020 11:35

Azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatına başlanılıb

KepezTV Player

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.<br>Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.&nbsp;ASC əməkdaşları düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri də aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər.