• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 18.11.2020 19:00

Mitinqdə Paşinyanın məğlubiyyətindən danışılıb

KepezTV Player

İrəvanın Azadlıq meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər bu gün də davam edib. Mitinq iştirakçıları həbslər və təhdidlərin onları bu dayandırmayacağını, Nikol Paşinyanın qurduğu teatrlaşdırılmış tamaşanın keçərli olmadığına diqqət çəkiblər. Onlar vətəni qurtarmaq üçün mübarizədən heç bir halda geri çəkilməyəcəklərini deyiblər. Baş nazirin yol xəritəsinin ötən müddət ərzində heç bir uğur qazanmadığını dilə gətiriblər. Bunun əvəzinə Paşinyanın ciddi bir məğlubiyyət aldığı, alçaldıcı bir müqavilə imzaladığı bildiriblər.

Davam edən mitinqlərin fonunda Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan da istefa ərizəsini təqdim edib. Yerli KİV-lərə verdiyi müsahibəsində Akopyan “Bəli, istefa ərizəsini yazdım. Səbəbləri haqqında daha sonra məlumat verəcəyəm”,- deyə bildirib. Movses Akopyan Nikol Paşinyan baş nazir seçildikdən sonra, 2018-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.