• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 18.11.2020 20:22

İslam dünyasının gənclərindən Azərbyacana dəstək

KepezTV Player

Gəncəyə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndələrinə ermənilərin mülki insanları hədəfə alması barədə məlumat verilib. Cəbhə xəttindən uzaqda yerləşən Gəncənin məqsədli şəkildə ballistik raketlərlə vurulduğu diqqətə çatdırılıb. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması nəticəsində insan tələfatı və yaralananlar olub, sosial və infrastruktur obyektlərinə, sahibkarlara böyük ziyan dəyib.

Taha Ayhan - İƏT-in Gənclər Forumunun rəhbəri: Biz gənclik forumu olaraq 56 ölkə, eləcə də bütün dünyanın gəncləri olaraq Azərbaycanla Türk milləti ilə hər zaman birlikdəyik. Onların haqlı davalarında sonuna kimi müdafiə edəcəyik. BMT və İƏT qərarları ilə Qarabağın Azərbaycana aid olduğunu hər zaman müdafiə edəcəyik. Qarabağın azad olunmasını biz  bütün dünyaya anlatacayıq. Bunu dünyadakı bütün müsəlman xalqlarına işğaldan necə azad olmağın Azərbaycan örnəyini anladacayıq.

Gənclər Forumunun nümayəndələri dağıntıların baş verdiyi ərazilərdə mövcud olan mənzərə ilə tanış olaraq enləri dağılan və zərər görən sakinlərlə görüşüblər, onların qayğıları ilə maraqlanıblar. 

Elnur Vahidoğlu