• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 18.11.2020 19:39

Yararsız mikroavtobuslarda sosial məsafə

KepezTV Player

Koronovirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda ölkənin ikinci böyük şəhərində bir çox marşrut xəttləri üzrə ictimai nəqliyyat kimi sınıq-salxaq mikrovatobuslardan istifadə olunur. Halbuki, hələ pandemiyanın ölkəmizdə yenicə yayılmağa başladığı zaman həmin nəqliyyatların vasitələrinin istismarı dayandırlmışdı. Bəs görəsən gündəlik yoluxmanın sürətlə artdığı bir vaxtda bu mikroavtbusların yenidən istifadəyə qaytarılması hansı səbəbdən doğub. Və yaxud da şəhər sakinləri nə vaxt müasir tələblərə cavab verən ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcək? Əməkdaşımız Natiq Hüseynin aydınlıq gətirdiyi sualların cavabı qarşıdakı sujetdə.  

Gündəlik olaraq Gəncədə 29 marşrut xətti üzrə 200-dən çox avtobus və mikroavtobus xəttə buraxılır. Onların sırasında günün tələblərinə cavab verməyən nəqliyyat vasitələri heç də az deyil. Koronavirusun tüğyan etdiyi bir vaxtda bu cür nəqliyyat vasitələrinin xəttə buraxılması sərnişinlərin ürəyincə deyil.

Sərnişin - İritutumlu nəqliyyat vasitələri olsa yaxşıdır. Həm infeksiyanın qarşısı alınar, həm də insanlar bir-birinə çox yaxın olmazdı.

Sərnişin - İritutumlunun üstünlüyü ondadır ki infeksiya bir-birinə az yoluxar. Nə qədər olmasa virusun qarşısı alınar. Bu xəstəlik nəfəsdən öskürəkdən keçir.

Sərnişin - Rahatlıq yaxşıdır. Bunlar sərnişin üçün nəzərdə tutulmayıb. Bu yükdaşıma üçün nəzərdə tutulub. İnsanların qayğısına qalınsa daha yaxşı olar. Biz məcburiyyətədn bundan istifadə edirik.

Sərnişin - Qiymətləri qaldıranda dedilər ki, biz ona görə qiyməti artırırıq ki sahibkarlar təzə avtobus gətirsin. Bə niyə almadılar, iki il keçib, hələ təzə avtobus yoxdur. Hələ bu yaxşıdı, bundan da pisləri var. 5 A-ya baxın görün nə gündədir.

Sərnişin - Əslində iri avtobuslar olsa yaxşıdır. Burada sosial məsafəni çox da qorumaq olmur.

İctimai nəqliyyatdan istifadə zamanı koronavirusdan qorunmaq üçün əsas üç şərt göstərilir. Tibbi maskadan istifadə dezinfeksiyaedici məhlullardan yararlanmaq və sosial məsafəni qorumaq. Ancaq bu gün müşahidə apardığımız mikroavtobuslarda sadaladıqlarımıza rast gəlinmir.

Koronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda bu cür sınıq-salxaq mikroavtobuslarda sosial məsafənin qorunması heç də inandırıcı görünmür. Ancaq vətəndaşlar məcburiyyətdən bu cür nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətindədirlər.

Sərnişin azlığından şikayətçi olan sürücülərin idarə etdiyi nəqliyyat vasitələrində isə sosial məsafənin təmin edilməsi üçün heç bir işarə yoxdur, dezinfeksiya edici məhlullara da rast gəlinmir.

Sürücü - Yazılmayıb onsuz da camaat bilir. Adam yox bir şey yox. Lazım olanda deyirik məsafə saxlayın. Bax yanımda yalnız bir nəfərə icazə verirəm. Qabaqda iki nəfər olmaz.

Sürücü - Bizdə də maşınımızın içərisində hər cür avadanlığı öz yerindədir. Qayda qanuna riayət edirik.

Sürücü - Köhnə maşınlardır neçə ildir istismardadır. Yəni Qazeldi Sprinter deyil Mersedes deyil Sovet maşınıdır. Olanımız budur bunu işlədirik. Yerinə təzə maşın olsa daha yaxşı olar.

Şəhərdaxili sərnişin daşımaya nəzarət edən qurumda vəziyyətdən halidirlər. Bununla bağlı daşıyıcı şirkətlər və aidiyyatı qurumlar məlumatlandırılsa da vəziyyət göz qabağındadır.  

Ruslan Paşayev - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: İdarəmiz tərəfindən davamlı olaraq monitorinqlər aparılır. Bu monitorinqlərin təhlil və müşahidələri nəticəsində aşkar edilən nöqsanlar şəhər üzrə fəaliyyət göstərən Gəncə Nəqliyyat MMC-yə təqdim edilir. Təbii bu nöqsanlar Gəncə Nəqliyyat MMC-nin əməkdaşları tərəfindən aradan qalıdırılır.

Problemin hansı formada aradan qaldırıldığı sərnişindaşımadakı vəziyyətdən aydın görünür. Kiçikhəcmli və istismara yararsız olan mikroavtobusların xəttə buraxılmaması barədə 2 il bundan əvvəl verilən göstərişin də icrasından bu aydın sezilir.

Natiq Hüseyn