• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 17.11.2020 20:46

Azərbaycan-Fransa münasibətlərinin gələcək inkişafı

KepezTV Player

Ermənistan Azərbaycan müharibəsində tərəf tutanlar da oldu, bitərəf qalanlar da. Tərəf tutanlar da bəlli məsələdir ki, iki cəbhəyə ayrılırdılar. Tərəfimizi tutanlar və tərəflərini tutanlar. Həmin o tərəf tutanlar sırasında açıq aşikar ermənipərəst mövqe nümayiş etdirən Fransanı unuda bilmərik. Nəzərə alsaq ki, sözügedən ölkə həm də ATƏT-in Minsk qrupunun həmsədridir. O zaman ortaya çox sual çıxır. Sual olan yerdə isə, əlbəttə ki, cavab verən də olmalıdır. Telefon həmsöhbətimiz isə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovdur.....1.Fransanın ermənipərəst mövqeyi, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq münaqişənin həllində oynadığı rol vasitəçilik missiyasının aparılmasına imkan verirmi? 2. Qeyd etdiyiniz məsələlər fonunda yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Parisin meri Ann İdalqonun da qatı ermənipərəst mövqeyi ilə tanındığını da deyə bilərik. Bununla bağlı dəyərləndirmənizi eşitmək istərdik. 3. Əgər bu baş verərsə 2 ölkə arasındakı münasibətlərə necə təsir edəcək?