• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1592
— 17.11.2020 19:26

Türkiyə Azərbaycana əsgəri kontingent göndərir

KepezTV Player

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib. Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi barədə qanun layihəsi qardaş ölkənin Prezident Administrasiyası tərəfindən hazırlayıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. *** Arıtq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hökumətin iclası da keçirilib. Toplantıda  Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəs razılaşması, o cümlədən Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi əsas müzakirə mövzusudur. *** Bu arada Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın sözlərinə görə, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Birgə Monitorinq Mərkəzinin yaradılması üçün Rusiya ilə imzalanan memorandum çərçivə sənədidir, bunu tamamlamaq üçün üzərində işləmək lazımdır. Bununla bağlı Rusiyadan nümayəndə heyəti Türkiyəyə səfər edib, müzakirələr aparılıb, qarşılıqlı çalışmalar davam edir. Nazir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilərkən evləri, meşələri yandırmasını da pisləyib.