• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 17.11.2020 18:48

Daha 13 ev sahibinə təqdim olunub

KepezTV Player

Qazax rayonunda 6-sı şəhid ailəsi, 7-i Qarabağ müharibəsi əlilinə olmaqla 13 ev imtiyazlı kateqoriyadan olan şəxlərə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən evlərdən 8-i 3, 5-i 2 otaqlıdır. Bu il şəhid ailələri və müharibə əlillərinə azı 1500 mənzil və fərdi ev veriləcək ki, onların da böyük hissəsi sahiblərinə təqdim edilib. Nazirlik Vətən müharibəsində şəhid olanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işlər aparacaq. 

Sənan Salahov - Qarabağ əlili: Mən bugünə qədər kirayədə qalırdım. Mən minnətdaram böyük işlər gördü prezidentimiz. Bizə yardım etdi ev tikdi. Mən çox sevinirəm ailəmlə mənim bərabər evim var.

Mübariz Cabbarov - rayon sakini: Qardaşım xırda bir balaca otaqda 5 nəfər ailə üzvü ilə birlikdə yaşayırdı. Şükür allaha bu gün geniş 3 otaqlı mənzil verildi. Qardaşım Mayılın iki hərbiçisidi. Biri gizirdi biri isə əsgər. İkisidə döyüşdədir. Bu saatda xidmətdədir. Dövlətimizdə qardaşımının zəhmətini qiymətləndirib gördüyünüz işıqlı geniş evi hədiyyə etdi.

Elşən Əsədov - ƏƏSMN-nin Milli Observatoriyasının İdarə Heyyətinin sədri: Üç qat bayramdır. Yəni biz ordumuzun qələbəsini bu günləri burada qürurla qeyd etdik. Milli Dirçəliş Günümüzdür və Əlil və Şəhid ailələrimizə bu gün Azərbaycan Prezidnetindən tərəfindən verilən bu evlər onlar üçün bir bayramdır.

 

Natiq Hüseyn