• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 17.11.2020 12:02

Tarixi-coğrafi adlarımız rus və ingilis dillərində yeni qaydada yazılacaq

Azərbaycan dilindəki tarixi-coğrafi adların rus və ingilis dillərində transkripsiya qaydaları hazırlanıb. Milli Məclis yanında Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli deyib ki, artıq Nazirlər Kabinetinə təqdim olunan qaydaların yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir. Daha sonra tarixi-coğrafi adların bu qaydalara uyğun yeni yazılış formaları qəbul olunacaq. Bütün Azərbaycan ərazisində 4 mindən çox yer adının yazılış qaydası müəyyən olunub. Onların arasında Qarabağa aid olan adlar da var.