• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 16.11.2020 20:12

20 tələbə Türkiyədə ödənişsiz təhsil alacaq

KepezTV Player

Şəhid olan hərbçilərin və müharibə dövründə həyatını itirən mülki şəxslərin yaxınları olan 20 tələbə Türkiyənin Nişantaşı Universitetində ödənişsiz təhsil alacaq. Bu tələbələrdən 10-u Gəncədən olacaq. Həmçinin Nişantaşı Universteti ilə Gəncə Dövlət Universteti arasında erməni qətliamını pisləyən birgə bəyant da imzalanıb.

Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələri, bundan irəli gələrək atılan addımlar Gəncədə səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin nümayəndə heyəti ilə müzakirə edilib. Gəncə Dövlət Universtetində baş tutan konfransda ermənilərin dinc əhaliyə qarşı terrorçuluq niyyətindən, Azərbaycan ordusunun döyüş meydanındakı hünəri və humanizmliyindən danışılıb. Ermənistanın Gəncəyə etdiyi qeyri-insanl hücum iki universitet arasında imzalanan bəyanatda da pislənilib.

Yusif Yusifov - Gəncə Dövlət Universtetinin rektoru: Konfransın mövzusu Ermənistanın beynəlxalq hüququ pozması və mülki əhalini qətlə yetirməsi mövzusu idi Mövzu ətrafında çıxışlardan sonra bəyanat oldu. Bu bəyanat nifrət dolu və etirazdı.

Şenay Yalçının - Türkiyənin Nişantaşı Universitetinin rektoru: Gəncə Dövlət Universteüti ilə iş birliyi imzaladıq. Bundan sonra birlikdə çalşacağıq.  20 dənə şəhidin yaxını universtetində oxuyacaq. Biz Gəncədən 5 nəfər istəyirdik. Lakin Gəncənin başçsının xahişi nəzərə alınaraq 10 nəfər olacaq.

Sibel Baykut - Nişantaşı Universtetinin rektorunun köməksi: Azərbaycanın başına gələnləri dünya eşitmir. Birlikdə dünyanın bir çox universtetlərinə, Türk səfirlikləri ilə dünyadakı ölkələrə və fərqli dillərdə yaycağıq.

Türkiyədən olan qonaqlar Gəncədə erməni terrorunun izləri ilə də tanış olublar. Həlak olan dinc sakinlərin xatirəsi anılıb, evləri dağılan sakinlərlə söhbət aparılıb, yaralıların tezliklə şəfa tapması dua edilib.

 

Elnur Vahidoğlu