• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 16.11.2020 19:46

Şəmkirdə kütləvi dezinfeksiya işləri davam edir

KepezTV Player

Şəmkir rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. Proses növbəlilik əsasında rayon mərkəzini, qəsəbə və kəndləri də əhatə edib.

Koronovirus infeksiyasının sürətlə yayıldğı bir vaxtda Şəmkir şəhərində kütləvi dezinfeksiya işləri yenidən vüsət alıb. Hazırda xüsusi məhlullarla şəhərin müxtəlif küçələri yuyulmaqdadır.

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında şəhərinin küçə və prospektlərində bu işlər ardıcıl olaraq aparılır. Yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri görülür.

Teymur Hacıyev - Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının rəisi: Şəmkir rayon Kommunal Müəssisələr Kombinatı olaraq maşın mexanizmlərimizi səfərbər etmişik. Şəhərin bütün ərazilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır ki, infeksiyanın qarşısını almaq üçün yaradımçı olaq.

İnfeksiyanın yayılma təhlükəsini nəzərə alaraq Şəmkir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həmçinin bank və poçt filialarının qarşısı, ictimai binalar da dezinfeksiya edilir. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə müvafiq göstərişlər verilib.

Sahib Sadıqov - Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: Əsas uç qızıl qayda deyilir. Maska, məsafə və əllərin dezinfeksiyasıdır. Bu işlər görülsə mənə elə gəlir xəstəliyin tezliklə qarşısı alınacaq. Əhali arasında maarifləndirmə işlərini gücləndrimişik. 

Dezinfeksiya tədbirləri təhlükəsizlik qaydalarına riayət edilməklə yerinə yetirilib.

 

Natiq Hüseyn