• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1605
— 16.11.2020 16:18

Ermənilər Qarabağda itkin düşən yaxınlarını axtarır

KepezTV Player

Dağlıq Qarabağda müharibədə itkin düşən hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşıb. Onlar yaxınlarının aqibəti barədə məlumat almaq istəyirlər. Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qaspatyanla görüş tələb edən etirazçılar ərlərinin, qardaşlarının və övladlarının harda olması barədə suala cavab axtarırlar. Etirazçılar ağlaya-ağlaya yaxınlarının harda olmasına dair məlumat almaq istəyirlər ki, özləri onları axtarmağa getsinlər. Binanın qarşısı polis tərəfindən əhatə alınıb, etirazçılar yaxın buraxılmır. “Hanı bizim uşaqlar? Bizim övladlarımızı qaytarın! Niyə onların adı heç bir siyahıda yoxdur”, - kimi şüarlar səsləndirən mitinq iştirakçıları dəfələrlə Müdafiə Nazirliyinə, Beynəlxalq Qızıl Xaş Komitəsinə müraciət etsələr də xəbər verənin tapılmadığını deyirlər.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Dağlıq Qarabağ müharibəsi ilə bağlı millət vəkillərinin sualları cavablandırıb. Parlamentin iclasına müxalif deputatlar qatılmayıb. Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatlardakı uğursuzluğa görə istefa vermək niyyətində olmadığını, hazırda onun gündəliyində yalnız ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması məsələsinin dayandığını bildirib. O, müxalifətdən ölkənin daxili siyasətində silahlı mübarizə imkanlarının istisna olmasına dair qarantiya tələb edib. *** Bildirək ki, Nikol Paşinyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi sənaye komitəsinin sədri Artak Davtyanı vəzifələrindən azad edib.