• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 15.11.2020 16:02

Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınıb

KepezTV Player

Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanıb. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

"UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.

Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini pisləyərək düşmənin uzun illərdir davam etdirdiyi bu əməllərin beynəlxalq hüquqi məsuliyyət yaratdığını bildirib.

"Bu məsələlər ciddi nəzarətdə saxlanılmaqla Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılacaq və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur". Mədəniyyət Nazirliyinin açıqlamasında belə deyilir.

"Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcək", - deyə nazirlikdən bildirilib.