Ermənistanın hərbi-siyasi hakimiyyətinin dəfələrlə təkzib etməsinə baxmayaraq, işğalçı ölkənin ikinci Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni-yeni faktlar ortaya çıxmaqdadır.<br>Ayrı-ayrı ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar - məlumatlar, fotolar paylaşırlar. Daha iki belə paylaşım suriyalı siyasi şərhçi Kevork Almassian və jurnalist, hüquq müdafiəçisi Asaad Hannanın tvitterdəki hesabında yer alıb. Onlar Suriya Ərəb Respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb, həmin muzdluların foto və adlarını da təqdim edib.<br>Almassian Suriya Erməni İnqilab Federasiyasına istinadən yaxın vaxtlarda həlak olmuş üç əsgərin - Harut Panoyan, Hagop Astaryan və Mosik Seklemyan olduğunu açıqlayıb.
- Baxış: 155