• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1824
— 15.11.2020 16:19

AzTv-nin əməkdaşı Əhməd Qədiroğlu Kəpəz TV-nin qonağı olub

KepezTV Player

Bu mövzu ilə bağlı studiamızın qonağıda var. AzTv-nin əməkdaşı, "Tərəqqi" medallı "Qızıl qələm", Həsən bəy Zərdabi laureatı mükfatlarına layiq görülən Əhməd Qədiroğlu ilə müzakirəmiz olacaq. Xoş gəlmisiz Əhməd müəllim. Onu da qeyd etmək istəyərdim ki, Əhməd müəllimi studiyamıza dəvət etməyimiz təsadüfi deyil. O, peşə fəaliyyətini yerinə yetirməklə ötən əsrin 90-cı illərinin əvvələrində Kəlbəcəri ən son tərk edənlər sırasında olub. Əhməd müəllim, bu gün vəziyyət tam fərqlidir, izlədiyimiz kimi 27 ildən artıqdır Kəlbəcərə yiyələnməyə çalışan ermənilər artıq oranı tərk edir. özü də azərbaycanlılardan fərqli situasiyada və şəkildə. Fikirlərinizi bu barədə almaq istərdik.

Bir az qayıdaq sizin də jurnalist olaraq qatıldığınız müharibə dövrünə. 1993-cü il, martın sonu, aprelin əvvəli. Kəlbəcərdə nələr baş verirdi, həm mülki, həm hərbi baxımdan?

Əhməd müəllim, Kəlbəcərlə bağlı həm işğal, həm də indi ermənilərin ərazini tərk etməsi görüntülərində bir oxşarlıq da var. Həmin vaxt da dağıdırdılar, indi də yandırıb, məhv edib gedirlər.

Həm Kəlbəcər, həm də işğal altında olan digər ərazilərin Azərbaycana qaytarılması barədə BMT-nin Təhlükəsizlik şurasının qətnamələri, eləcə də digər mötəbər beynəlxalq təşkilatların oxşar qərar və bəyanatları olsa da onun icrasını məhz Azərbaycan özü təmin etdi. Bu həm hərbi, həm də siyasi müstəvidə özünü göstərdi. Təcrübəsi uzun illərə söykənən bir şəxs kimi, bunun əhəmiyyətini şərh edərdiuniz.

Təşəkkür edirik Əhməd Müəllim. Studiyamıza gəldiyiniz və Kəlbəcərlə bağlı xatirələrinizlə bölüşdüyünüz üçün.