• KƏPƏZ TV
canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 15.11.2020 09:29

Prezidentlər Dağlıq Qarabağ üzrə sazişi müzakirə edib

KepezTV Player

Noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib.
Tərəflər atəşkəs rejiminə riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı Rusiya Prezidenti qeyd edib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırları yerləşir. Bununla əlaqədar o, həmin ibadətgahların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqlarının tam təmin edildiyini bildirib. Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Dövlət başçısı əlavə edib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.