• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1831
— 14.11.2020 19:52

Dəyən ziyan aradan qaldırılır

KepezTV Player

Düşmənin dinc sakinləri hədəf alması nəticəsində dəyən ziyanın dəqiqləşdirilməsi üçün yaradılan işçi qrupunun üzvləri Goranboyda araşdırmalar aparır. İlkin olaraq rayona dəyən ziyanın miqdarının böyük olduğu məlum olub. Hərbi əməliyyatlar zamanı  Goranboya atılan 707 top və minaatan mərmisi 29 yaşayış məntəqəsində dağıntıya səbəb olub.

Elxan Əsədov - işçi qrupunun rəhbəri: 250 bizdə siyahıda obyekt vardır, ancaq bu dağıntıların miqdarının artması gözlənilir. Fərdi, çoxmənzilli, yaşayış evlərinə baxırıq. Qeyri- yaşayış obyektlərinə, sosial obyektlərə, sosial infrastruktur obyektlərinin qiymətləndirilməsi üçün öz araşdırmalarımızı, işlərimizi aparırıq. Bundan başqa əhalinin nəqliyyat vasitələrinə dəyən ziyanı araşdırırıq, qeydə alırıq. Kənd təsərrüfatı sahələrinə, əkin ərazilərinə və mal – heyvana dəymiş zərəri də biz qeydə alırıq.

Naftalandakı yoxlamaların ilkin nəticələri göstərir ki, burada düşmənin ağır artilleriyadan açdığı atəş zamanı dəyən zərərin miqdarı Goranboya nisbətdə azdır. Ümumilikdə dörd obyekt dağıdılıb ki, onlardan üçü yaşayış, biri isə qeyri-yaşayış sahəsidir. ***Cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Mingəçevirə gəldikdə, şəhərə atılan raketlərin təsirindən 30-a yaxın təsərrüfat sahəsi ziyan görüb. Dağılan evlərdən 1-i hazırda Azerenerji tərəfindən yenidən tikilir, 2 ev isə təmir edilərək sakinlərin istifadəsinə verilib.