KepezTV Player
Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının üzvləri, Azərbaycan-Fransa Dostluq Qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyətini qəbul edib. Fransa rəsmilərinin münaqişə ilə bağlı verdikləri bəzi bəyanatların Azərbaycan cəmiyyətində ciddi suallar doğurduğu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr mandatından irəli gələrək neytrallığı qoruyub saxlamasının zəruriliyi ifadə edilib. Azərbaycan-Fransa Dostluq Qrupunun üzvləri Azərbaycanla bağlı həqiqətlərin Fransa cəmiyyətinin diqqətinə çatdırılması baxımından üzərilərinə məsuliyyət düşdüyünü bildiriblər. Qarşı tərəf bölgədə hərbi əməliyyatların dayandırılması ilə əlaqədar birgə bəyanatın imzalanmasını alqışlayıb.
- Baxış: 124