KepezTV Player
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olublar. Nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.<br>Qardaş ölkədən olan qonaqlar Azərbaycanın dinc əhalisinin qəsdən hədəfə alması və yaşayış məntəqələrinin ağır artilleriyadan atəşə tutulmasını qınayıblar. Şəhərin bir neçə dəfə hədəfə alınması nəticəsində 30-a yaxın sakin həlak olub, 90-dan çox insan yaralanıb. Türkiyədən olan nümayəndələr erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsini anıblar.
- Baxış: 135