• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 14.11.2020 19:25

Minaya düşən qardaşlardan biri öldü, ANAMA əməkdaşı yaralandı

KepezTV Player

Baş Prokurorluq bu gün saat 17 radələrində 36 yaşlı&nbsp;Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 31 yaşlı Əhmədov Asif Ələsgər oğlunun minaya düşmələri barədə məlumat yayıb. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində  baş verən hadisə nəticəsində Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.<br>Əraziləri minalayaraq geri çəkilən düşmənin təxribatı nəticəsində saat 19 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş ANAMA-nın əməkdaşı 41 yaşlı Xudiyev Asif Mürsəl oğlu da minaya düşüb. Nəticədə “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.