• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 14.11.2020 20:01

İcra başçısı və polis rəisi əhalini maarifləndirir

KepezTV Player

Sərt karantin rejiminin tətbiq olunduğu Ağstafa rayonunda yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Rayonda giriş-çıxış məhdulaşdırılmaqla yerli sakinlər arasında maarifləndirmə işi sürətləndirilib.

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Xəlilov rayon mərkəzində və kəndlərdə əhalinin gündəlik istifadə etdiyi sosial obyektlərə baxış keçirib. Sahibkarlarla proflaktiki söhbətlər aparıblar. Rayonda fəaliyyət göstərən iri market və mağazalardada olan rayon rəsmləri qeyd olunan məkanlarda karantin rejiminin tələblərinə necə əməl olunması ilə yerində tanış olublar.

Maarifləndirici yoxlamalar zamanı apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə də maraqlanıblar. Vətəndaşlara sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Bundan başqa idarə poçt və digər təşkilatların qarşısındada tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə nəzarət olunur. Bu tip tədbirlər bundan sonrada davam etdiriləcək. Vətəndaşlardan xaiş olunur həm özlərinin həmdə yaxınlarının sağlamlıqlarını təhlükəyə atmasınlar. Zəruri tədbirləri hamı bir nəfər kimi yerinə yetirsin.

Ağstafa rayonunda sərt karantin rejimi tətbiq olunduğundan rayonda giriş-çıxış postları qurulub. Həftə sonları isə ictimai nəqliyyatın hərəkəti tam dayandırılır.

Natiq Hüseyn