• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2312
— 14.11.2020 11:59

Heydər Əliyev Fondu kilsədə barelyefi bərpa edib

KepezTV Player

Ermənistandan fərqli olaraq, Azərbaycan müxtəlif dinlərin abidələrinə və müqəddəs yerlərinə böyük önəm verir. Multikultural dəyərlərə sadiq və bu dəyərləri təşviq edən ölkə kimi Azərbaycanın dünyadakı mövqeyi və yeri, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolu möhkəmlənir. **Heydər Əliyev Fondu Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefinin bərpası işlərini başa çatdırıb. Layihə 2019-cu ilin fevral ayında Fond ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müqəddəs Taxt-Tacda çox yüksək qiymətləndirilir. Bu işlər Fondun ümumbəşəri dəyərlərə verdiyi töhfələri bütün dünyaya nümayiş etdirir.