• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 14.11.2020 12:01

Düşmən 30 il ərzində tarixi silməyə çalışıb

KepezTV Player

Azərbaycanın artıq işğaldan azad etdiyi ərazilərdə düşmən 30 il ərzində bir çox abidələrə müdaxilə edərək, onları özününküləşdirib, tarixi silməyə çalışıb, məscidlərimizi dağıdıb. Bunu Azərbaycan Memarlar İttifaqının sədr müavini Elçin Əliyev deyib. Onun sözlərinə görə, **Kəlbəcər rayonu ərazisində yerləşən «Tanrı məbədi» adlandırılan monastr kompleksi IX əsr Alban knyazlığının dini mərkəzi olub. Burada mövcud olan baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni kilsələrindən tamamilə fərqlənir.  XIII əsrə aid Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Ermənilər bu abidələrin memarlıq quruluşuna müdaxilə edərək, dəyişikliklər edib. "Çox ümid edirəm ki, qısa zamanda bu və ya digər memarlıq abidələrimizin ekspertizası üçün Mədəniyyət Nazirliyi tərəfindən bir qrup yaradılaraq həmin ərazilərə ezam ediləcək. Biz bu məsələlərin həllində gecikə bilmərik!", - deyə Elçin Əliyev vurğulayıb.