KepezTV Player
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb.<br>Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Polşa Baş Prokurorluğuna rəsmi məktub göndərilib. Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.
- Baxış: 112