• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1864
— 13.11.2020 19:59

Özbaşına müalicə müvəqqəti effekt verir

KepezTV Player

Payız mövsümündə kəskin respirator infeksiyalar kimi bir sıra xəstəliklər də baş qaldırır. İstənilən virusa qarşı orqanizmin zəiflədiyi bir vaxtda insanlar immun sistemini gücləndirmək üçün ağla gələn ilk metoda əl atırlar. Özlərini tam sağalmış kimi hiss etsələr də, əslində tam effekti əldə edə bilmir, müəyyən dərəcədə yaxşılaşırlar.

Covid-19 adlı təhlükənin var olduğu ərəfədə cəmiyyətin üzvləri sağlamlıqlarıyla bağlı ən xırda problemə belə biganə qalmırlar. Müxtəlif şikayətlərlə əczaxanlara üz tutur, özbaşına müalicə metoduna əl atırlar. Nədənsə daha çox C vitaminin qəbulunu məqsədəuyğun hesab edirlər.

İstənilən halda, müvəqqəti nəticə əldə etməmək üçün immun sistemini gücləndirilmək başlıca şərtdir. Qrip və digər virusların yayıldığı şəraitdə infeksion xəstəliklərdən qorunmaq üçün orqanizmdə C və D vitaminini balanslaşdırmaq da məqsədəuyğundur. Digəl ki, düzgün dozada qəbul etmək şərti ilə...

Mövsümi xəstəliklərə yoluxma ehtimalını minimuma endirmək üçün tibbi maskalardan istifadə də əsas şərtdir. Çünki bu yolla nəinki koronavirus, digər infeksion xəstəliklərdən özümüzü mühafizə etmiş oluruq.