• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 13.11.2020 20:15

Qalib əsgərə təşəkkür məktubları

KepezTV Player

Biz qalib xalqın nümayəndələri olaraq işğal altında olan torpaqlarımızı ordumuzun rəşadəti ilə azad etdik. Qələbə sevinci yaşadan əsgərə isə minnətdarlıq dolu məktublar yazılmaqda davam edir.

İlkin Əliyev - sakin Əsgərlərə yazdım ki, siz 30 illik həsrəti aradan qaldırdız. Siz zəfərlə, qələbə ilə torpaqlarımızı ermənilərdən azad etdiz. Biz Azərbaycan xalqı çox sevincliyik. Mənim atam da bütün əsgərlərlə birlikdə vətənə xidmət edir. Mən atamla fəxr edirəm

14 yaşlı İlkin öz atası ilə, bütün Azərbaycan xalqı isə onun atası kimi hərbçilərlə fəxr edir. Qələbə sevinci yaşadan, şanlı tarix yazan ordu ilə. Qazanılan qələbə illərin həsrətiinə son qoyub.

Samirə Bayramova - Əsgərlərə öz fikirlərimi yazdım. “Salam əziz əsgər qardaşlarım. Biz artıq qələbəmizi qeyd edirik. Məhz siz əsgərlərin sayəsində biz qalib gəldik. Artıq 30 illik həsrətə son qoyduq. Hər birinizi təbrik edirəm. Analarımızın gözü aydın olsun. Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayalarında bitərdim. Eşq olsun Azərbaycan əsgərlərinə

Əsgərə məktub layihəsi Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir. Hər gün 200-ə yaxın şəxs könüllü olaraq məğrur, igid əsgərimizə ürəyindən, qəlbindən keçənləri qələmə alır. Yazılan məktublar isə elə həmin gün cəbhədə xidmət edən əsgərlərə çatdırılır.

Naibə Qurbanova - Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi əməkdaşı: Bizdə vətən uğrunda saytında da Əsgərə məktub layihəsi həyata keçirilir. O saytda da elektron məktublar yazılır. Ölkəmizin hüdudlarından kənarda, digər şəhərlərdə könüllü olaraq məktublar yazılır. O məktublarda ön xətdə ximdət edən əsgərləmizə çatdırılır. Həmçinin məktubu yazan şəxslər öz ünvanlarını qeyd etdikdə əsgər də ona cavab yazır. Biz də o məktubları poçt vastəsi ilə həmin şəxslərin ünvanlarına göndəririk. Telefon nömrəsini yazanda bizim vastəmizlə şərait yaradırıq ki, zəng vurub öz minnətdarlığını bildirir. Bu da insanlarda inam doğurur ki, yazılan məktublar ön xətdə olan əsgərlərə çatdırılır.

Bu gün sən qalibsən. 30 illik torpaq həsrətinə son qoydun qalib əsgərim. Biz də Kəpəz Televiziyası olaraq qalib əsgərimizə məktub yazdıq. Bu layihədə iştirak etdik. Eşq olsun Azərbaycan ordusununa! Eşq olsun Azərbaycan əsgərinə!<br>

Azad Bayramov - tarixçi: Deyə bilərik ki, ermənilər 5 il ərzində torapaqlarımızı işğal etdilər.  44 gün ərzində isə Azərbaycanın milli  ordusu öz torpağını böyük ruh yüksəkliyi ilə qəhrəmanlıqla, şücaətlə işğaldan azad etdi.

Budur Azərbaycan ordusunun gücü, budur Azərbaycan əsgərinin şücaəti. Dillərdə dastan olan qəhrəmanlıq, məktublara sığmayan bir igidlik.

Elnur Vahidoğlu