• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 13.11.2020 19:46

Mitinqlərdə Baş nazirin istefası tələb olunur

KepezTV Player

Ermənistanın paytaxtı İrəvanda kütləvi etiraz aksiyası davam edir. Azadlıq meydanına toplaşan etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Mitinq təşkilatçıları Dağlıq Qarabağ üzrə üçtərəfli razılşamaya etiraz edirlər. Ermənistan müxalifətinin lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” parlament fraksiyasının rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Xüsusi İstintaq Komitəsinə çağırılıb. Ötən gün keçirilən aksiya zamanı da onlarla şəxs saxlanmışdı. Ermənistanda artıq bir neçə gündür Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.