• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 13.11.2020 16:02

Əhaliyə dəyən ziyan hesablanır

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılan Dövlət Komissiyası müharibə dövründə ziyan çəkən Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Gəncə, Beyləqan, Goranboy, Naftalan və digər ərazilərə ezam olunub. Komissiya üzvləri artıq bir neçə gündür ki, yerlərdə hadisə nəticəsində ziyan dəymiş əraziləri müəyyənləşdirir, ilkin olaraq inventarlaşma aparırlar. Komissiyanın Gəncə şəhər üzrə İşçi Qrupunun nümayəndələri bu gün ölkənin ikinci böyük şəhərinə dəyən zərər, dağılan ev, obyekt, inzibati binalar, tələf olan mal-qara, ziyan görən nəqliyyat vasitələri, dövlət və şəxsi əmlaklarla bağlı araşdırmalar aparıblar. Zərər çəkən ailələrlə görüşüb, dəyən ziyanın hesablanmasına başlayıb, vəziyyətin qiymətləndirilməsi ilə bağlı texniki baxış aktlarını tərtib ediblər.