• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 13.11.2020 15:58

Milli Məclis Ali Baş Komandan və xalqa müraciət edib

KepezTV Player

Milli Məclis Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan xalqına müraciət edib. Müraciətdə son 100 ildən artıq dövrdə Azərbaycan xalqının “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqrım və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olduğuna diqqət çəkilib. Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı uğurlu döyüş əməliyyatları keçirdiyi vurğulanıb, noyabrın 10-da imzalanan bəyanatın Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etdiyi qeyd edilib. "Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini nümayiş etdirir. Tarixi ədalət öz yerini tutdu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan daha yüksək sürətlə inkişaf edərək regional güc mərkəzlərinə və qüdrətli dünya dövlətlərinin birinə çevriləcək", - deyə müraciətdə vurğulanır.